İngiltərə millisinin sabiq üzvü Cerrardın komandasında

"Bornmut" İngiltərə millisinin sabiq üzvü Jermen Defonu icarəyə verib.

 

Newsport.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Şotlandiyada davam etdirəcək. İngiltərə millisinin sabiq üzvü Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers" klubuna keçib. O, yeni klubunda icarə əsasında çıxış edəcək. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Jermen Defo "Vest Hem", "Tottenhem", "Portsmut", "Toronto", "Sanderlend" kimi klublarda çıxış edib. O, 2017-ci ildə "Bornmut"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right