Millimizin üzvü kubokda 90 dəqiqə oynadı

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun formasını geyindiyi "Eştoril" Portuqaliya Liqa kubokunda mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, komanda D qrupunda keçirdiyi son oyunda "Maritimo"ya 1:0 hesabı ilə qalib gələrək, lider "Sportinq"lə xallarını bərabərləşdirsə də, top fərqinə görə ikinci olub və yarımfinala adlaya bilməyib.

Qeyd edək ki, Renat bu oyunda 90 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right