“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun II turunda iştirak edib.
Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. O, matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.
İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb. Atakoranın komandası oktyabrın 10-da keçiriləcək növbəti turda evdə Qambiya ilə üz-üzə gələcək.