"Qarabağ"ın futbolçusu millidə zədələndi

"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin heyətində zədələnib.  

Newsport.az-ın məlumatına görə, Millətlər Liqasının C Liqasının III qrupunda yer alan Bolqarıstan evdə Norveçi 1:0 hesabı ilə məğlub edib.

Simeon Slavçevin adı son anda oyunun iştirak ərizəsindən çıxarılıb.  O, oyunöncəsi isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alıb.  Futbolçunun son durumuna sabah keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, Slavçev 2013-cü ildə çıxış etdiyi Bolqarıstan millisinin heyətində 18 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right