Slavçev: "Qarabağ"da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam"

"Belə turnir lazım idi. Millətlər Liqasında iştirak etməklə futbolçular beynəlxalq yarışlarda təcrübələrini artırır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın və Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev deyib. 24 yaşlı futbolçu Millətlər Liqasında bu gün Sloveniyaya qarşı keçirəcəkləri oyun barədə danışıb: "Kollektiv oyuna üstünlük veririk. Yaxşı nəticələr qazanmalıyıq. İndi daha çox oynayıram. Özümə inanıram. "Qarabağ"da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam".

Qeyd edək ki, Slavçev "Qarabağ"a yay transfer dönəmində "Sportinq"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right