Rusiyanın 21 yaşadək futbolçularından ibarət seçmə komandasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Serbiya və yoldaşlıq oyununda Misir komandaları ilə qarşılaşmalar üçün heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Yevgeni Buşmanov kkomandanın düşərgəsinə 29 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev də var.
Rusiya sentyabrın 7-də Misir, 11-də isə Serbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, "Rostov"da mövsümə uğurlu start verən Ayaz Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da sərəncamında görmək istədiyi futbolçular sırasındadır.