"Qarabağ"ı keçdi, baş məşqçi oldu

Belarusun BATE klubu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”ın mübarizədən kənarlaşdırılmasından sonra Aleksey Baqa ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssisin baş məşqçi təyinatı təsdiqlənib. Klub rəhbərliyi indiyə qədər bu vəzifəni müvəqqəti icra edən Baqa ilə yollarını davam etdirəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə (1:0, 1:1) "Qarabağ"ı üstələyən Borisov təmsilçisi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right