Eldar İsayev həbs olundu: DÇ-2018-ə saxta biletlər satdığı üçün

Rusiyanın "Anji" klubunun keçmişicraçı direktoru Eldar İsayev həbs olunub. 

Newsport.az-ın məlumatına görə, keçmiş klub rəsmisi Tver polisi tərəfindən saxlanılıb.  

O, Rusiyada keçirilən dünya çempionatına saxta biletlər satmaqda ittiham olunur. Eldar çinli turistlərə ümumilikdə 860 min avro dəyərində biletlər satıb. İyul ayının 19-a qədər dindiriləcək İsayevin günahı sübuta yetirilsə, ən azı 10 ilədək azadlıqdan məhrum ediləcək.  

Qeyd edək ki, İsayev 2017-ci ildə "Anji"də çalışıb.  O, Mahaçkala klubundan ötən ilin oktyabr ayının 18-də göndərilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right