İngiltərənin "Mensfild Taun" klubunun futbolçusu Rayan Evans 18 yaşında ikən yuxuda ölüb.
Newsport.az-ın məlumatına görə, komandanın kapitanı evində keçinib.
Ölümündən az əvvəl futbolçu "Mensfild Taun"un gənclərdən ibarət komandasında heyətə düşüb.
Qeyd edək ki, bu klub İngiltərənin IV Divizionunda çıxış edir. Ötən mövsüm "Mensfild Taun" 8-ci yeri tutub.