ÇL-in "Real" - "Liverpul" finalında Serxio Ramosun müdaxiləsi ilə zədələnən Məhəmməd Salah üçün küveytli vəkil Mübarək Əl-Bathali açıqlama verib.
Newsport.az xəbər verir ki, Əl-Bathali Salahın oyun günü oruc tutmadığı üçün zədələndiyini deyib:
"Allah oruc tutmadığı üçün Məhhəməd Salahı cəzalandırdı. Həyatımız Allahın əlindədir və düzgünü edir. Bəlkə də zədələnmək onun üçün daha yaxşı idi".
Qeyd edək ki, Salah dünya çempionatına qatla biləcək. 25 yaşlı oyunçu mundialda ilk oyunu buraxmalı olacaq.