Con Terri klubsuz qaldı

İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri Premyer Liqaya vəsiqə qazana bilməyən "Aston Villa" ilə müqaviləsini uzatmayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. 37 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır.

Qeyd edək ki, Terri başa çatan mövsümdə 35 dəfə meydana çıxıb. O, ötən il "Çelsi"dən ayrılaraq Birmingem klubuna keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right