DÇ-ni qazanmaq müqabilində 1 milyon dollar mükafat söz verdi

Braziliya yığmasının üzvlərinin bu yay Rusiyada keçiriləcək dünya çempionatının qalibi olacaqları halda qazanacaqları mükafatın məbləği açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Braziliya Futbol Federasiyasının rəhbərliyi milli üzvlərinə DÇ-ni qazanmaq müqabilində 1 milyon dollar mükafat söz veriblər.

Bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb. İddiaya görə, bu məbləği qazanan təkcə futbolçular olmayacaq.

Belə ki, yığmanın məşqçilər korpusunun üzvləri də oyunçular qədər qazanc əldə edəcəklər. Böyük ehtimalla bu, dünya futbolunda yeni rekord olacaq.

Məsələ burasındadı ki, indiyə kimi hələ heç bir yığma komandaya bu məbləğdə mükafat verilməyib. Digər komandalarda DÇ-2018-i qazanmağa görə nə qədər mükafat vəd olunduğu isə hələ tam müəyyənləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right