"Milan"dan ilk transfer

"Milan" ilk transferini reallaşdırıb.

 

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar" “Sampdoriya”dan 30 yaşlı müdafiəçi İvan Striniçlə 3 illik müqavilə bağlayıb. Xorvatiya millisinin üzvü azdad agent statusu ilə "Milan"a keçib. Rəsmi açıqlama isə dünya çempionatından sonra ediləcək.

 

Qeyd edək ki, Striniç “Napoli”, “Dnepr”, “Hayduk” kimi klublarda da çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right