44 yaşında karyerasını bitirdi

Məşhur rusiyalı qapıçı Aleksandr Filimonov bu gün karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 44 yaşlı qolkiper hazırda ikinci liqa təmsilçisi “Dolqoprudnı”da çıxış edir. O, Qərb zonasının 26-cı turunda “Luki-Energiya” ilə matçda yaşıl meydanlara vida edib.

Filimonovun karyerasındakı son görüşünü izləyənlər arasında Oleq Romantsev, Dmitri Aleyniçev, Yuri Kovtun, Maksim Buznikin kimi digər sabiq “Spartak”lılar da olub. 

Qeyd edək ki, Filimonov Moskva klubunun heyətində 6 dəfə Rusiya çempionu olub. Son illər çimərlik futbolunda da çıxış edən veteran qapıçı bu idman növündə Rusiya və dünya çempionu olub, eləcə də Avroliqa və Qitələrarası kuboku qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right