UEFA məşhur klubu Avropa Liqasından kənarlaşdırmaq üzrədi

UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.

Newsport.az-ın məlumatına görə, indi "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.

Bildirilir ki, "Milan"ı ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir.

"Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində "Atalanta", təsnifat mərhələsində isə "Fiorentina" çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right