Ramil Şeydayevə görə 40 min ödənildi

"Zenit" klubu "Trabzonspor"u Ramil Şyedayevin transferində yetişdirmə haqqını almadığı üçün FIFA-ya şikayət etmişdi.

Newsport.az-ın məlumatına görə, qurum Rusiya təmsilçisinin şikayətinə baxıb. "Trabzonspor" 169 min avro ödəməli oldğu təzminatın 40 minini gecikdirirdi. Qərara əsasən, Qara dəniz təmsilçisi bu məbləği ödəyib.

Qeyd edək ki, Şeydayev "Zenit"in yetirməsidir. O, 2016-cı ildə "Trabzonspor"a keçib. 22 yaşlı hücumçu hazırda icarə əsasında "Qarabağ"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right