Co Hart dünya çempionatından kənar qaldı

Cari mövsümü icarə əsasında "Vest Hem"də keçirən "Mançester Siti"nin qapıçısı Co Hart dünya çempionatında İngiltərə millisinin heyətində yer almayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb. Millinin çalışdırıcısı Qaret Sautqeyt 31 yaşlı qolkiperin adını 23 nəfərlik siyahıya salmayacaq. Mütəxəssis mundiala yollanacaq heyətə Cordan Pikford (Everton), Cek Batlend (Stok Siti) və Nik Popun (Bernli) adlarını daxil edəcək.

Qeyd edək ki, Hart 2008-ci ildən İngiltərə millisinə dəvət alır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right