Newsport.az-ın məlumatına görə, komandanın Çempionlar Liqasına vəsiqə əldə edə bilməməsinə qəzəblənən kluubun azarkeşləri hirslərini soyutmaq üçün məşqə hücum ediblər. Komadanın bazasına gələn bir qrup fanat baş məşqçi Joeje Jezuş başda olmaqla, futbolçular - Bas Dost, Akuna, Rui Patrisiu, Villian Karvalyu və Rodriqo Battalyanı döyüblər. Dava zamanı komandanın hollandiyalı hücumçusu Bas Dost başından xəsarət alıb.
"Sportinq" isə bəyanat yayaraq hücum edən azarkeşlərin cəzalandırılması üçün bütün addımları atacağını qeyd edib.