Meksikanın Leon de los Aldama şəhərində Avropa liqasının kuboku oğurlanıb.
Newsport.az xəbə verir ki, Avropa liqasının tərəfdaşlarında olan FedEx şirkəti i trofeyi Leon şəhərinə gətirib. Kubok nəql edilərkən isə cinayətkar dəstə tərəfindən oğurlanıb.
Hadisədən dərhal sonra hərəkətə keçən Meksika polisi, 2 gün sonra kuboku aşkar edərək yerinə qaytarıblar.
UEFA-nın məlumatına görə, kubokun orijinalı həmişə onlarda qalır. Qalib komandalara isə kubokun replikası təqdim edilir. Lakin digər mənbələrin verdiyi məlumata görə, Meksikada məhz kubokun orijinalı oğurlanmışdı.
