"Real"ın futbolçusu Kriştiano Ronaldo öz rekordunu təkrarlayıb.
Newsport.az xəbər verir ki,La Liqanın 33-cü turunda "Atletik"lə matçda (1:1) komandasını məğlubiyyətdən xilas edən portuqaliyalı hücumçu ardıcıl 12-ci oyununda qol vurub. O, bundan əvvəl 2014/2015 mövsümündə bunu bacarmışdı.
Qeyd edək ki, Ronaldo bu mövsüm ardıcıl 12 oyunda 22 qol vurub.