Konfrans zamanı həyat yoldaşı Konteyə zəng etdi

“Çelsi”nin baş məşqçisi Antonio Kontenin Premyer Liqada “Börnli” ilə XXXI turdan təxirə salınmış oyundan öncə keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.

 

Newsport.az xəbər verir ki, italyan mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən həyat yoldaşı ona zəng edib.

 

Konte həmin anları belə şərh edib: “Həyat yoldaşımdır. Həmişə ən pis vaxtda zəng edir. Məni cərimələyə bilərsiniz. Çox təəssüf, eyni situasiya burda sizin başınıza gəlsə, əsəbiləşərdim”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right