Rövlan Muradovun "Bohemians"ın qapısına vurduğu qollar

Çexiya gənclər liqasında pley-off mərhələsinə start verilib.

Newsport.azn məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Rövlan Muradovun çıxış etdiyi "Slaviya" klubu birinci tur çərçivəsində səfərdə "Behemians"la qarşılaşıb.  

Görüş qonaq komandanın böyükhesablı qələbəsi ilə başa çatıb. Praqa təmsilçisi rəqibinin qapısından 5 qol keçiribsə, meydan sahibləri buraxılan qollardan yalnız ikisinin əvəzini çıxa biliblər. 

Həmyerlimiz bu matçda iştirak edib. Oyuna start heyətində başlayan "Qəbələ Futbol Akademiyası"nın yetirməsi komandasının ən yaxşılarından biri olub. Təsadüfi deyil ki, Muradov "Slaviya"nın qollarından ikisinin müəllifi olub.  O, 21 və 39-cu dəqiqələrdə adını tabloya yazdırmağı bacarıb.

Qeyd edək ki, Rövlan ötən həftə "Sparta" ilə prinsipial oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmışdı.

 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right