Rusiyada keçiriləcək dünya çempionatına təyinat alacaq hakimlərin qazancı məlum olub.
Newsport.az-ın məlumatına görə, adı siyahıya düşən hər bir baş hakim 57 min avro, eləcə də mundialda idarə edəcəyi hər oyuna görə 2500 avro alacaq.
Yan xətt hakimlərinin qazancı isə 20 min avro, hər oyun üçün isə 1600 avro olacaq.
Qeyd edək ki, mundialda 36 hakimin iş başında olacağı gözlənilir.