“Olimpiakos"un baş məşqçisi Oskar Qarsiya vəzifəsindən ayrılıb.
Newsport.az xəbər verir ki, İspan mütəxəssisin klub rəhbərliyi ilə apardığı danışıqlar müsbət yekunlaşıb və onun sözləşməsinə qarşılıqlı şəkildə xitam verilib.
Qarsiya Yunanıstanda cəmi 3 ay çalışıb. Komandanın son zamanlarkı uğursuz çıxışı prezident Evangelos Marinakisi özündən çıxarıb. O, komandanın futbolçularını 400 min avro həcmində cərimələyib.
Qeyd edək ki, “Olimpiakos” son 8 oyunda cəmi 3 qələbə qazanıb. Komanda lider AEK-dən 1 oyun artıq keçirməklə 3 xal geri qalır.