Hollandiya Jupiler Liqasında 33-cü turun oyunları baş tutub.
Newsport.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Qraafşap”la qarşılaşıb. Qonaqlar evə 1:2 hesablı məğlubiyyətlə dönüblər.
Əzizov matçın 75-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Den Boş" hazırda 44 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.