"Liverpul"da bu mövsüm məhsuldar oyun nümayiş etdirən Məhəmməd Salah Misirdə baş tutan prezident seçkilərində 1 milyon səs toplayıb.
Newsport.az-ın məlumatına görə, futbolçu namizəd olmasa da, bir sıra vətəndaşlar seçki blankında onun adını qeyd ediblər.
Həftəsonu keçirilən seçkilərin qalibi Əbdulfəttah əl-Sisi olub. Salah bu mövsüm 29 qolla Premyer Liqanın bombardiri statusunu özündə saxlayır.
