Klopp İngiltərə Premyer Liqasında 100-cü matçını keçirdi

İngiltərə Premyer Liqasının XXXII turunda keçirilən "Kristal Pelas" – "Liverpul" matçı "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, alman mütəxəssis İngiltərə təmsilçisinin baş məşqçisi kimi İngiltərə Premyer Liqasında 100-cü oyununa çıxıb. 

51 yaşlı çalışdırıcı 100 matçın 54-də qələbəyə sevinib və 28 qarşılaşma heç-heçə başa çatıb. "Liverpul" Kloppun rəhbərliyi altında İngiltərə Premyer Liqasında 18 görüşdə məğlubiyyətlə üzləşib.

"Liverpul" bu görüşdə "Kristal Pelas"ı 2:1 hesabı ilə üstələyib. Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right