"Ondan nümunə götürməyə çalışıram”

“Real”ın gənc müdafiəçisi Əşrəf Hakimi gələcək karyerası haqda danışıb.

 Newsport.az xəbər verir ki, 19 yaşlı Mərakeş əsilli futbolçu bildirib ki, gələcəyini yalnız hazırki klubunda görür:

“Real” mənim həyatımın klubudur. Ona görə də özümü ancaq burada görürəm. Komandamı dəyişmək üçün heç bir əsas görmürəm. 

Dani Karvahal mənim üçün əla nümunədir. O, hazırda ən yaxşı sağ cinah müdafiəçisidir. Hər zaman Daninin oyununu izləyir və ondan nümunə götürməyə çalışıram”.

Qeyd edək ki, cari mövsüm La Liqada 6 oyuna çıxan Hakimi 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right