Yunanıstan Futbol Federasiyası PAOK-un prezidenti İvan Savvidisə ciddi cəza kəsib.
Newsport.az xəbər verir ki,Savvidisi 3 il müddətinə futboldan kənarlaşdırılıb. Buna səbəb isə ölkə çempionatı zamanı AEK-lə matçda meydana silhala daxil olması olub.
Qeyd edək ki, görüşün son dəqiqələrində PAOK qol vursa da, hakim bunu oyundankənar vəziyyət kimi qiymətləndirərək qeydə almayıb. Bundan sonra PAOK futbolçuları bu qərarla razılaşmayıb və oyunu davam etdirməkdən imtina edib. Hər iki komandanın oyunçuları arasında meydanda mübahisə yaşanıb. Bundan sonra Savvidis silahla meydana daxil olub.