"Atletiko"nun futbolçusu dünya çempionatında iştirak edə bilməyəcək?

"Atletiko"nun futbolçusu Felipe Luis həkimlərdən ümidverici xəbər alıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu mövsümün sonlarına yaxın yaşı meydanlara qayıda bilər. 

Avropa Liqasının 1/8 final mərhələsində "Lokomotiv"lə səfər matçında (5:1) xəsarət alan braziliyalı sol cinah oyunçusunun ilkin tibbi müayinəsinin nəticəsi həqiqətən də qorxunc idi. Sol ayaq sümüyündə çat aşkarlanana 33 yaşlı futbolçunun yaşıl meydana konkret nə vaxt dönəcəyi açıqlanmamışdı. Luisim mövsümü erkən başa vurmaq və hətta Rusiyada keçiriləcək mundialı buraxmaq ehtimalının yüksək olduğu bildirilmişdi. 

Lakin son müayinələr futbolçunun heç də şanssız olmadığını göstərib. Felipe bərpa prosesi planauyğun gedəcəyi halda cari mövsümün sonunda meydana qayıda bilər. Başqa sözlə, mundialda Brazilia yığmasına kömək etmək şansını saxlayır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right