"Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk və "Zirə”nin hücumçusu Aleksandr Dedov Moldova yığmasının heyətində növbəti oyuna çıxıb.
Newsport.az-ın məlumatına görə, onlar Fil Dişi Sahili yığmasına qarşı yoxlama oyununda iştirak ediblər. Bu matçda Moldova 1:2 hesab ilə uduzub.
Hər iki futbolçu meydana start heyətdə çıxıb. Dedov 57-ci dəqiqədə, Koçuk 80 dəqiqə əvəzlənib. Dedov komandasının qol ötürməsini verib.