Makedoniyanın baş məşqçisi: "Komandadan yaxşı oyun gözləyirəm"

Makedoniya millisinin baş məşqçisi İqor Angelovski açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, bu gün Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunu arədə danışıb. 41 yaşlı mütəxəssis komandasına inandığını bildirib:

"Komandadan yaxşı oyun gözləyirəm. Ümid edirəm ki, futbolçular yaxşı çıxış edəcək, qələbə qazanmaq üçün maksimum səy göstərəcəklər. Azərbaycan millisi "Qarabağ"ın oyunçularından qurulmuş komandadı. Heyətin 80 faizi, həmçinin, baş məşqçi bu klubdandı. Bizə maksimm intizamlı və məsuliyyətli çıxış etmək lazımdı. Öz futbolçularıma inanıram, onlardan yaxşı oyun gözləyirəm".

Antalyadakı "Mardan" stadionunda keçiriləcək qarşılaşma 20:00-da start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right