Əhmədov: “Dinamo” və ya “Şaxtyor”da oynamaq əsas arzumdu”

Ukrayna Birinci Liqa təmsilçisi “Helios”da çıxış edən Hüseyn Əhmədov maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.

Newsport.az saytının məlumatına görə, Kiyev “Dinamo”suna yaxınlığı ilə seçilən “ua.tribuna.com” saytına danışan futbolçu Ukraynadakı hədəfləri barəsində fikirlərini bölüşüb.

18 yaşlı oyunçu ilk olaraq klubunda möhkəmlənmək istədiyini deyib: “Əsas hədəfim klubumda daim start heyətində oynamaqdı. Adaptasiya prosesini sürətlə keçməyə çalışacam.

İlk iki ayda üzərimdə təzyiq var idi və lazımi qədər məşq edə bilmirdim. Daha sonra Ukraynada iş icazəsi almaqla bağlı çətinlik yarandı, bunun da nəticəsində klubumla birlikdə Antalya toplanışına gedə bilmədim. Düşünürəm ki, qabaqda güclü klubların diqqətini çəkmək üçün hələ çox zamanım var”.

Hüseyn Əhmədov ötən il “Qarabağ”dan Xarkov təmsilçisi “Helios”a transfer olunub  O, gələcək karyerası haqqında danışarkən hədəfinin “Şaxtyor” və ya “Dinamo” kimi böyük klublarda oynamaq olduğunu vurğulayıb:

“Hesab edirəm ki, Ukraynada çıxış edən bütün gənc oyunçular əsasən ölkənin iki nəhəng klubunda meydana çıxmağı arzulayırlar.

Əgər “Şaxtyor” və ya “Dinamo”da oynamış ilk azərbaycanlı olmağı bacarsam, onda deyərəm ki, arzularıma çatmışam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right