Modriçə qarşı ittiham Yalan danışıb

“Real”ın futbolçusu Luka Modriçə qarşı ittiham irəli sürülüb.

Newsport.az saytının məlumatına görə, Modriç məhkəmədə yalan ifadə verməkdə günahlandırılır. O, Zaqreb “Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçin məhkəməsi zamanı şahid kimi ifadə verib.

Məlumatda bildirilir ki, Modriçin 2015 və 2017-ci illərdə verdiyi ifadələrdə uyğunsuzluq var. Xorvatiya prokurorluğu yalan ifadə vermək faktını sübuta yetirsə, Modrici altı aydan beş ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə yaxın zamanda başlayacaq.

Zdravko Mamiç 20 milyon avro məbləğində vergi ödəməməkdə günahlandırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right