UEFA-dan yenilik

Avropa ölkələrində futbol təqviminin sıxlığı UEFA-nı narahat edir.

Newsport.az-ın məlumatına görə, qitə futbol qurumu futbolçuların yorğunluğunun qarşısını almaq üçün 4-cü dəyişikliyi gündəmə gətirib.

Qurum yaxın gələcəkdə himayəsi altında keçirilən bütün yarışlarda - Avropa çempionatları, Millətlər Liqası və qitəmiqyaslı klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası, Avropa Superkuboku) 4-cü dəyişiklik sisteminə keçəcək.

Son iki il ərzində gənclər arasında Avropa çempionatında bunu sınaqdan keçirən UEFA nəticədən məmnun qalıb və yeniliyə ehtiyac duyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right