Çexiyanın “Slaviya” klubunun U-21 komandası daha bir yoxlama görüşündə qüvvəsini sınayıb.
Newsport.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin komandası "Meteor"la qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb. Fərid matça start heyətdə meydana çıxıb və sona qədər meydanda olub.
Əlavə olaraq bildirək ki, “Slaviya”ya baxışa yollanan “Qəbələ” Futbol Akademiyasının yetirməsi, Samir Qurbanovda bu görüşdə forma geyinib və “Slaviya”nın qələbə qazanmasında pay sahibi olub. O, 18 və 40-cı dəqiqələrdə fərqlənərək dubl edib.
Qeyd edək ki, Samir U-17-lərdən ibarət Azərbaycan millisinində üzvüdür.