Kipr çempionatında 18-ci turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” səfərdə "Doxa" ilə qarşılaşıb. Matç qolsuz tamamlanıb.
Qarşılaşmaya start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Anortosis" hazırda turnir cədvəlində 37 xalla 2-ci pillədə qərarlaşıb.