PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Paris klubunda qalmaq və müqaviləsini uzatmaq istədiyini açıqlayıb.
Newsport.az xəbər verir ki, mərakeşli futbolçu Çempionlar Liqasında “Roma” ilə oyun öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb:
"PSJ ilə tarix yazmağa davam etmək istəyirəm. Bura mənim klubumdur. Ümid edirəm ki, burada mümkün qədər uzun müddət qalacağam. Bu mesajı Nasserə və Luis Kamposa da çatdırıram. Onlar bu klubu nə qədər sevdiyimi bilirlər. Özümü parisli hiss edirəm. Məqsədim mümkün qədər çox titul qazanmaqdır".
Qeyd edək ki, 2021-ci ilin yayından PSJ-də çıxış edən 27 yaşlı müdafiəçi bundan əvvəl “İnter”, “Real” və Dortmund “Borussiya”sının formasını geyinib.