Azərbaycan boksçusundan qızıl medal

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Newsport.az xəbər verir ki, Bilalhəbaşi Nəzərovun (50 kq) ardınca Nicat Alırzayev (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçu Avropa çempionu olub.

Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərovla (50 kq) Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right