UEFA Millətlər Liqasının D2 Qrupunda keçiriləcək Litva - Azərbaycan qarşılaşmasına maraq artır.
Newsport.az Litva Futbol Federasiyasına istinadən xəbər verir ki, Kaunasdakı Darius i Girėnas stadionunda baş tutacaq görüş üçün artıq 5000-dən çox bilet satılıb. Arenanın ümumi tutumu isə 15 min nəfərdir.
Bu arada, Litva millisinin heyətində dəyişiklik edilib. “TransINVEST” klubunun müdafiəçisi Dominikas Barauskas zədə səbəbindən komandadan kənarda qalıb. Onun əvəzinə “Banqa”nın futbolçusu Deyvidas Maljinskas yığmaya dəvət olunub.
Litva və Azərbaycan arasında qarşılaşma sentyabrın 27-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.