İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel, “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr və onun ailə üzvlərinin açıqlamalarına münasibət bildirib.
Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis, Maquayrın DÇ-2026 üçün İngiltərə millisinin heyətinə düşməməsindən sonra səsləndirdiyi fikirləri və futbolçunun anası Zoy Maquayrın onu tənqid etməsini xatırladıb:
“Bunu ömrümün sonuna qədər onun üzünə vurmayacam, çünki kin saxlayan insan deyiləm. Belə şeyləri asanlıqla və tez unuduram. Amma bu, mənim xoşuma gəlmədi və bu, ona kömək etməyəcək”.