“Arsenal”ın futbolçusu komanda yoldaşını Yamalla müqayisə etdi

“Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino, komanda yoldaşı Maks Daumanın oyununu “Barselona”nın hücumçusu Lamin Yamal ilə müqayisə edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, hər iki oyunçunun təzyiq altında uğurlu çıxış etdiyini və böyük istedadlarına baxmayaraq, təvazökar qaldıqlarını bildirib:

“Onların müəyyən oxşar cəhətləri var. Heç biri diqqət mərkəzində olmağa çalışmır və hər ikisi böyük təzyiq altında uğurla çıxış edə bilir. Onlar həmişə çətin sınaqlara hazırdırlar və meydanda yüksək səviyyəli ulduzlarla qarşılaşarkən heç də çəkinmirlər. Onların güclü tərəfi ondadır ki, böyük istedada malik olmalarına baxmayaraq, təvazökar qalırlar”.

16 yaşlı Dauman “Arsenal”ın əsas komandasında bütün turnirlərdə 14 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right