“Neftçi”nin əvəzedici komandası yoxlama oyununda “Araz-Naxçıvan”ın ikinci komandasını qəbul edib.
Newsport.az-ın məlumatına görə, Palms Sports Futbol Mərkəzində keçirilən qarşılaşma “ağ-qaralar”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin qollarını Röyal Fərzullazadə, Elvin Vəliyev, Elcan Əbilov, Nihad Əliyev və Rüstəm Hüseynli vurublar.