Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli oldu

Oktyabrın 4-dən 11-dək Bakı cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək. İlin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.

Newsport.az xəbər verir ki, idmançılarımız performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr aralığında, qarışıq komanda yarışı isə 11 oktyabrda baş tutacaq.

Dünya çempionatında iştirak edəcək heyəti təqdim edirik:

 

Qadınlar

 

-48 kq

Şəfəq Həmidova

Könül Əliyeva

 

-52 kq

Gültac Məmmədəliyeva

 

-57 kq

Xədicə Qədəşova

 

-70 kq

Südabə Ağayeva

 

+78 kq

Madina Kaisinova 

 

Kişilər

 

-60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

 

-66 kq

Ruslan Paşayev

Turan Bayramov

Nizami İmranov

 

-73 kq

Hidayət Heydərov

Rəşid Məmmədəliyev

 

-81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

Vüsal Qələndərzadə

 

-90 kq

Murad Fətiyev

Elcan Hacıyev

Süleyman Şükürov

 

-100 kq

Zelim Kotsoyev

 

+100 kq

Uşanqi Kokauri

Kənan Nəsibov

Camal Qamzatxanov

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right