41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı

Portuqaliya millisinin UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsi üçün heyəti açıqlanıb.

Newsport.az bu barədə Portuqaliya Futbol Federasiyasına istinadən xəbər yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı Kriştiano Ronaldo da yığmaya dəvət olunub.

Beləliklə, DÇ-2026-dan sonra Ronaldonun milli karyerasını başa vura biləcəyinə dair ehtimallar indilikdə özünü doğrultmayıb.

Portuqaliya sentyabr-oktyabr aylarında Millətlər Liqasında Uels, Danimarka və iki dəfə Norveçlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right