“Neftçi”nin hücumçusu milliyə dəvət aldı

“Neftçi”nin hücumçusu Denzel Jubitana Surinam milli komandasına dəvət olunub.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçunun komandası Mərkəzi Amerika zonasının Millətlər Liqasında oyunlar keçirəcək. Surinam yığması Honduras (26 sentyabr), Martinika (29 sentyabr) və Qvatemala ilə (3, 6 oktyabr) qarşılaşacaq.

Qeyd edək ki, Denzel Jubitana 28 avqust tarixində “Neftçi”yə qoşulub. O, “ağ-qaralar”ın heyətində 1 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right