"Barselona" Fiquya görə bankın təklifini rədd etdi

"Barselona" "Revolut" bankı ilə tərəfdaşlıqdan imtina edib.

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, "Barselona" şirkətin gəlirli maliyyə şərtləri və qlobal əhatə dairəsinə görə "Revolut" ilə müqavilə bağlamaq imkanlarını nəzərdən keçirirdi. Lakin Luiş Fiqunun "Revolut"un reklam siması olması və hətta tanıtım çarxlarında onun 2000-ci ildə "Real"a keçidini xatırlatması klubu bu təklifdən imtina etməyə vadar edib.

"Barselona"nın 1 il əvvəl müqavilə müddəti başa çatan "CaixaBank" ilə maliyyə tərəfdaşı kimi müqaviləni yeniləmək üçün danışıqları davam etdirdiyi qeyd olunur. Klubun başqa təklifləri də var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right