Hasan Şaş narkotik əməliyyatında saxlanıldı

Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik maddələrlə mübarizə istintaqı çərçivəsində, aralarında tanınmış futbol adamı Hasan Şaş, aktyor Aras Bulut İynemli, reper Seyfullah Sağır (Sefo) və aktrisa Nilperi Şahinkayanın da olduğu 15 nəfər saxlanılıb.

Newsport.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilir ki, prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində ümumilikdə 18 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən reallaşdırılan əməliyyat zamanı isə onlardan 15-i yaxalanıb.

Əməliyyat nəticəsində nəzarətə götürülənlərin tam siyahısı bəlli olub. Belə ki, saxlanılanlar arasında Hasan Şaş, Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacının olduğu öyrənilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right