Rafinya: "Flikə həmişə minnətdaram"

“Barselona”nın hücumçusu Rafinya Dias komandanın baş məşqçisi Hans-Diter Flikl  barədə danışıb.

Newsport.az xəbər verir ki, braziliyalı futbolçu İspaniya çempionatının 6-cı turunda “Rasinq”i 7:2 hesabı ilə məğlub etdikləri oyunda het-trik etdikdən sonra almaniyalı mütəxəssisi qucaqlayıb.

O, daha sonra açıqlamasında baş məşqçisinə təşəkkür edib: 

“Mən bunu həmişə demişəm və təkrarlamağa davam edəcəyəm. Flik mənim düşüncə tərzimi və özümə münasibətimi kökündən dəyişən məşqçidir.

Məhz buna görə ona təşəkkür edirəm. Flikə həmişə minnətdar olacağam".

Bu qələbə “Barselona”nı turnir cədvəlinin ilk pilləsində möhkəmləndirib. Kataloniya təmsilçisinin hesabında 18 xal var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right