Futbol üzrə Azərbaycan I Liqasında III turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Səbail"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 7-yə yüksəldən "Səbail" turnir cədvəlinin III pilləsində qərarlaşıb. Keçirdiyi üç oyunun hamısında məğlub olan "Baku Sportinq" isə sonuncu yerdədir.